Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tanınmış azərbaycanlı futbolçu sürücü işləməyə başladı - FOTO

Tanınmış azərbaycanlı futbolçu sürücü işləməyə başladı - FOTO

Tarix: 19 Fevral 2024 16:44

Azərbaycan yığmasının sabiq müdafiəçisi Vüqar Quliyev "futbolun daşını atıb".

Milli.az sportinfo-ya istinadla bildirir ki, uzun illər Premyer Liqanın iddialı klublarının formasını geyinmiş veteran indi sürücü işləyir.

"Sprinter" sürən Quliyev müxtəlif rayonlara sifarişləri qəbul edir.

O, Sumqayıt futbol məktəbinin yetirməsidir. Yerli "Xəzər"lə yanaşı, "Qarabağ", "MKT-Araz" və "Bakı"ın formasını geyinib. İkincilərin heyətində Çempionlar Liqasında çıxış edib.

Son iş yeri "Sumqayıt" olub. Doğma şəhərinin təmsilçisinin akademiyasında məşqçi kimi çalışıb.

Akademiyanın baş koordinatoru Hakan Sünalla yaşadığı problem üzündən sevimli peşəsindən uzaq düşüb.

Milli.Az


Etiketlər:  Tanınmış azərbaycanlı futbolçu sürücü işləməyə başladı FOTO


RƏYLƏR