Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna qoşunları 470 minlik rus ordusu ilə üz-üzədir

Ukrayna qoşunları 470 minlik rus ordusu ilə üz-üzədir

Tarix: 20 Fevral 2024 09:24

ABŞ Konqresində hərbi yardımla bağlı çıxılmaz vəziyyət və Avropada istehsal gücü çatışmazlığı Ukraynanın müharibədə kritik səviyyədə artilleriya sursatı çatışmazlığına gətirib çıxarır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Böyük Britaniya Kral Tədqiqat İnstitutunun baş elmi işçisi Cek Uotlinq bildirib.

"Artıq bütün cəbhə boyu sursat çatışmazlığı hiss olunur ki, bu da Ukrayna qoşunlarının Avdeyevka şəhərindən bu yaxınlarda çıxarılmasına səbəb olub", - o qeyd edib.

Ekspert xatırladıb ki, Ukrayna hərbçiləri mövqelərinə hücum edən təxminən 470 min rus əsgəri ilə üz-üzədir:

"Ukraynanın kifayət qədər artilleriyası olsaydı, bu hücumlar asanlıqla dəf edilə bilərdi, çünki 155 mm-lik bir neçə mərmi mövqelərindən irəliləməyə başlayan kimi rus hərbçilərini öldürəcəkdi".

Ekspert əlavə edib ki, kifayət qədər sursat olmasa, Ukrayna hərbçiləri Rusiyanın atıcı silahlarla hücumlarını dəf etmək üçün cəbhədə fiziki olaraq daha çox mövqe tutmalı olacaqlar.

Milli.Az


Etiketlər:  Ukrayna qoşunları 470 minlik rus ordusu ilə üz üzədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ