Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lippi Suriyaya məğlubiyyətə görə istefa verdi

Lippi Suriyaya məğlubiyyətə görə istefa verdi

Tarix: 15 Noyabr 2019 11:20

Çin millisinin baş məşqçisi Marçello Lippi istefa verib.

Qol.az xəbər verir ki, italiyalı mütəxəssis DÇ-2022-nin Asiya zonası üzrə seçmə mərhələsində Suriyaya 1:2 hesablı məğlubiyyətindən sonra bu qərarını açıqlayıb.

Çin millisi seçmə mərhələdə 4 oyuna 7 xal toplayıb və A qrupunda 2-cidir. Qrupa 12 xalla Suriya başçılıq edir.

 
71 yaşlı mütəxəssis 2016-cı ildən Çin millisini çalışdırırdı. O, 2019-cu ilin yanvarında istefa versə də, federasiya may ayında Fabio Kannavaronu vəzifəsindən göndərib, Lippini geri qaytarmışdı.

 

 


Etiketlər:  Lippi Suriyaya məğlubiyyətə görə istefa verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ