Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanda Hərbi İstintaq Baş İdarəsinə yeni rəis müavini təyin olundu

Ermənistanda Hərbi İstintaq Baş İdarəsinə yeni rəis müavini təyin olundu

Tarix: 20 Fevral 2024 18:02

Ermənistan İstintaq Komitəsinin Hərbi İstintaq Baş İdarəsinə yeni rəis müavini təyin olunub.

Sonxeber.net report-a istinadən xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin sədri Arqişit Kərəmyanın əmri ilə Rəfael Vardanyan bu vəzifəyə təyin edilib.

Bildirilib ki, Rəfael Vardanyan 1987-ci il oktyabrın 6-da İrəvandan anadan olub. 2008-ci ildə İrəvan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 2008-2011-ci illərdə Ermənistan Müdafiə Nazirliyinin İstintaq əməliyyat bölməsində müstəntiq işləyib.

O, 2021-ci ildən Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin xüsusilə mühüm işlərin araşdırılması şöbəsinin rəisi olub.


Etiketlər:  Ermənistanda Hərbi İstintaq Baş İdarəsinə yeni rəis müavini təyin olundu


RƏYLƏR