Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Fevral 2024 19:28
İrəvanın mərkəzindəki Azadlıq meydanında "arsax hərəkatı"nın ildönümü ilə bağlı baş nazir Nikol Paşinyanın istefası tələbi ilə mitinq keçirilir.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, məlumata görə, mitinqdə əsas tələb "arsax"ı təslim edənlərin istefası olacaq. Bildirilib ki, mitinqdə Nikol Paşinyanın Ermənistanın baş naziri postundan istefa verməsinin 100-dən çox səbəbi açıqlanacaq. Etirazçılar "Biz Nikol Paşinyanın istefasını tələb edirik", "Arsaxın azadlıq mübarizəsi davam edir" yazılı plakatlar qaldırıblar.
Xatırladaq ki, 1988-ci il fevralın 20-də Dağlıq Qarabağ Xalq Deputatları Sovetinin Xankəndidə keçirilən növbədənkənar sessiyasında "Azərbaycan və Ermənistan SSR Ali Sovetlərinə Dağlıq Qarabağın Azərbaycan Respublikasının ərazisindən çıxarılması xahişi ilə müraciət etmək haqqında" qərar qəbul edilib.