Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Paşinyan Fransaya getdi - YENİLƏNİB - VİDEO

Paşinyan Fransaya getdi - YENİLƏNİB - VİDEO

Tarix: 21 Fevral 2024 19:14

19:13

"Biz Fransaya iki günlük işgüzar səfərlə gəldik".

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan öz "Facebook" səhifəsində paylaşım edib. Paşinyan həyat yoldaşı ilə Fransa paytaxtı Parisə gəlişini əks etdirən görüntülər yayımlayıb.

O, həmçinin səfərin gündəliyini də açıqlayıb.

"Bu gün Fransa Prezidenti Emmanuel Makronla görüşüm var. Həmçinin Fransa Senatının sədri Jerar Larşe ilə də görüşüm olacaq.

Səfər zamanı Fransanın Baş naziri Qabriel Atal, Paris meri Ann İdalqo və digər tərəfdaşlarla görüşlər nəzərdə tutulub", - deyə Paşinyan bildirib.

-------

11:37


Ermənistanın baş naziri Nikol Paşinyan Fransanın paytaxtı Parisə səfərə yola düşüb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

Qeyri-rəsmi xarakter daşıyan səfər iki gün davam edəcək.

Milli.Az


Etiketlər:  Paşinyan Fransaya getdi YENİLƏNİB VİDEO


RƏYLƏR