Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Turan batalyonu" yalan imiş? - VİDEO

Tarix: 21 Fevral 2024 13:50

Ukraynalılar Ukrayna Silahlı Qüvvələrinin tərkibində saxta türk batalyonu uyduraraq Türkiyədəki sponsorlarını aldadıblar

Milli.Az bildirir ki, Ukrayna Silahlı Qüvvələrində döyüşən Qazaxıstandan olan əsgər Jasulan Duysembin "Kadırov və Putinin imperiya rejimini məhv edəcəyini" vəd edən Ukrayna Silahlı Qüvvələrinin saxta türk batalyonu "Turan" haqqında həqiqəti söylədi. Onun formalaşması 2022-ci ilin payızında elan edilmişdi.

Duisembin bildirib ki, əslində batalyon yoxdur - Ukraynada adı açıqlanmayan nüfuzlu şəxs sadəcə olaraq Türkiyədən gələn sponsorları aldadıb, onların millətçi hissləri ilə oynayıb.

"Çoxlu pul yığıblar, söhbət çox böyük məbləğdən gedir, ideoloji sərmayə qoyan türkləri soyublar və pulu yığan adam indi Amerikada yaşayır. Əvvəllər Moskva vilayətində bərbər idi bu adam", - Duysembin deyib.

Mövcud olmayan batalyona həqiqətən də Bişkekdən olan bərbər Kudaibek uulu Almaz "rəhbərlik edirdi", əslində o, döyüşlərdə heç bir iştirak etməyib.

Milli.Az


Etiketlər:  Turan batalyonu yalan imiş VİDEO


RƏYLƏR