Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Uşaq böyütmək xərclərinə görə lider ÖLKƏLƏR

Uşaq böyütmək xərclərinə görə lider ÖLKƏLƏR

Tarix: 21 Fevral 2024 20:56

Çinin "YuWa" Demoqrafik Tədqiqat İnstitutu uşaq böyütmə xərclərinin yüksək olduğu ölkələrlə bağlı araşdırma dərc edib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, tədqiqatın müəllifləri uşağın doğulmasından 18 yaşına qədər müxtəlif ölkələrdə valideynlərin orta xərclərini hesablayıb və bu məbləğləri ölkədə adambaşına düşən ÜDM ilə müqayisə ediblər.

Məlumata görə, Cənubi Koreya tədqiq edilən 14 ölkə arasında birinci yerdə qərarlaşıb. Belə ki, bu ölkədə 18 il ərzində uşağın böyüdülməsi xərcləri adambaşına düşən ÜDM-dən 7,8 dəfə çoxdur.

Xərclər Çin və İtaliyada adambaşına düşən ÜDM-dən 6,3 dəfə, Böyük Britaniyada isə 5,3 dəfə yüksəkdir.

Əksər ölkələrdə bu nisbət aşağıdır. Məsələn, ABŞ-da 4,1 dəfə, Almaniyada 3,6 dəfə, İsveçdə 2,9 dəfə, Avstraliyada 2,1 dəfə.

Milli.Az


Etiketlər:  Uşaq böyütmək xərclərinə görə lider ÖLKƏLƏR


RƏYLƏR