Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ötən il Azərbaycan vətəndaşları Ermənistanda daşınmaz əmlak almayıb

Ötən il Azərbaycan vətəndaşları Ermənistanda daşınmaz əmlak almayıb

Tarix: 22 Fevral 2024 09:00

Türkiyə vətəndaşları 2023-cü il ərzində Ermənistanda 3 mənzil alıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Sputnik Ermənistan"ın sorğusuna cavab olaraq ölkənin Kadastr Komitəsi yayıb. 

Daşınmaz əmlakın hər birinin İrəvanda yerləşdiyi bildirilir. Həmçinin qeyd olunur ki, ötən il Azərbaycan vətəndaşları Ermənistanda daşınmaz əmlak əldə etməyib. 

Bununla belə, Türkiyə vətəndaşları 2022-ci ildə Ermənistanda 11, Azərbaycan vətəndaşları isə 2 daşınmaz əmlak obyekti alıb. 

Qeyd edək ki, burada söhbət Azərbaycan vətəndaşı olan şəxslərdən gedir, onların etnik mənsubiyyətindən deyil. Ermənistanda daşınmaz əmlak alan şəxslərin milliyətcə azərbaycanlı olub-olmadığını dəqiqliklə demək mümkün deyil.


Etiketlər:  Ötən Azərbaycan vətəndaşları Ermənistanda daşınmaz əmlak almayıb


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ