Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Utanmaqdan keçib, hönkür-hönkür ağlayıram''

''Utanmaqdan keçib, hönkür-hönkür ağlayıram''

Tarix: 22 Fevral 2024 19:00

"Oxşadığı saçlarım görməyəli çox ağarıb. Qəlb sirdaşım, ürək dostum, bilsən necə darıxmışam. Sənə elə möhtacam ki, kaş duysan, görsən, yorub həyat məni".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva dünyasını dəyişən qardaşı Balaşla bağlı paylaşımında yazıb. Qadraşının ölüm ildönümü olduğunu vurğulayan ifaçı bunları əlavə edib:

"Ağlamaqdan utananam. Utanmaqdan keçib daha, hönkür-hönkür ağlayıram. Bir zamanlar mənə dərman sən idin. İndi hər yeməkdən əvvəl və sonra dərman içirəm. Gənc deyiləm, daha canda can qalmayıb. Heç bilmirəm səni kimdən soruşum. Dağılmışam, ruhum ölüb. Nə olar, kaş bir gün gəlsən, qucaqlasan. Mən də gözlərinə baxıb sussam. Qayğılardan uzaqlaşsam. Sən də yenə əvvəlki tək qalsan.

22.02.2021 -  səni bizdən alan gün".


Etiketlər:  Utanmaqdan keçib hönkür hönkür ağlayıram


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ