Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Neft bahalaşır: maaş artımı olacaq? - Millət vəkili

Neft bahalaşır: maaş artımı olacaq? - Millət vəkili

Tarix: 22 Fevral 2024 21:00

Neftin dünya bazarındakı qiyməti dəyişkəndir. Belə ki, 2022-ci ildə neftin qiyməti 100 dollardan artıq, ötən il isə orta hesabla 82,5 dollar olub. Yəni ötən il orta qiymətdə azalmalar müşahidə edilib. Hazırkı qiymət büdcədə göstərilən həddən yüksək olsa da, hələlik kəskin artımlar yoxdur.

Milli.Az xəbər verir ki, bu sözləri Axar.az-a neftin bahalaşmasının büdcədə maaş, təqaüd və müavinətlər üçün nəzərdə tutulan vəsaitlərin artırılmasına təsiri haqda danışan iqtisadçı alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Millət vəkili qeyd edib ki, bütövlükdə büdcəyə dəyişikliyin olub-olmaması birbaşa fiskal gəlirlərimizdən, neftin qiymətindən və hökumətin qiymətləndirmələrindən asılı olacaq:

"Büdcədən ödənişlərə gəldikdə isə deyə bilərəm ki, bu, növbəti aylarda dövlət gəlirlərinin və neftin dünya bazarında qiymətinin hansı istiqamətində dəyişməsindən asılı ola bilər. Məsələ ilə bağlı Maliyyə Nazirliyi tərəfindən qiymətləndirmə aparılır, o cümlədən bütövlükdə hökumət buna ehtiyacın olub-olmadığını müəyyənləşdirir. Əgər yuxarıda qeyd etdiyim kimi, neftin qiymət artımına görə büdcəyə əlavə ödənişlər olarsa, biz də xərc istiqamətləri ilə əlaqədar öz təkliflərimizi verəcəyik".

Milli.Az


Etiketlər:  Neft bahalaşır maaş artımı olacaq Millət vəkili


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ