Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zaqatalada beş xarici dil bilən məktəbli - VİDEO

Zaqatalada beş xarici dil bilən məktəbli - VİDEO

Tarix: 23 Fevral 2024 12:42

Alman, ingilis, fransız, rus və ərəb dillərini bilən 10-cu sinif şagirdi Çingiz Cingözov bu dillərdə sərbəst danışır həm də yazır.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Zaqatala şəhər 2 saylı tam orta məktəbində təhsil alan Çingiz hələ uşaq vaxtlarından xarici dillərə  böyük maraq göstərib.

Avropa ölkələrinin birində təhsil almaq isə arzusudur.

Çingiz bildirib ki, bu dilləri öyrənmək üçün sadəcə istək və əzm kifayət edir.

Çingiz hələ yeddi-səkkiz yaşından ingilis dilində səlist danışmağa başlayıb. Məktəbdə keçirilən tədbirlərdə və fənn olimpiadalarında daim fəal iştirak edib.

Müəllimlərin bildiridiyinə görə, Çingizin qeyri adi bacarığı hələ uşaq yaşlarından özünü biruzə verib.

Çingiz ümid edir ki, gələcəkdə dillərini öyrəndiyi ölkələrin hamısına səyahət edə biləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Zaqatalada beş xarici dil bilən məktəbli VİDEO


RƏYLƏR