Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2024 18:30
Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın Baş naziri Nikol Paşinyandan izahat tələb edib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə qurumdan bildirilib.
Vurğulanıb ki, İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tamhüquqlu üzvü olaraq qalmaqda davam edir: "Ermənistan bu statusdan irəli gələn bütün hüquq və öhdəlikləri daşıyır".
Qeyd edək ki, N.Paşinyan fevralın 24-də "France 24"ə müsahibəsində Ermənistanın KTMT-də iştirakını dondurduğunu açıqlayıb.