Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qarabağ” reytinq cədvəlində xeyli irəlilədi

“Qarabağ” reytinq cədvəlində xeyli irəlilədi

Tarix: 24 Fevral 2024 10:48

Avropanın top komandalarının yeni reytinq cədvəli açıqlanıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, siyahıda qitənin 415 ən güclü klubu yer alıb.

Azərbaycan cədvəldə 4 komanda ilə təmsil olunub. "Qarabağ" 292 xalla siyahıda 64-cüdür.

Avropa Liqasının pley-off mərhələsində "Braqa"nı mübarizədən kənarlaşdıran (4:2, 2:3) Qurban Qurbanovun yetirmələri 6 pillə irəliləyib. "Qarabağ" cədvəldə "Atletik", "Gent", "Beşiktaş" kimi klubları qabaqlayır. "Neftçi" 27 xalla 241-cı, "Sabah" 20 xalla 260-cı, "Qəbələ" 5 xalla 372-cıdır.

Qeyd edək ki, siyahıya 2345 xala malik "Real" başçılıq edir.

Milli.Az


Etiketlər:  Qarabağ reytinq cədvəlində xeyli irəlilədi


RƏYLƏR