Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Balaəli konsertə mühafizəçi ilə gəlməyindən DANIŞDI - FOTO

Balaəli konsertə mühafizəçi ilə gəlməyindən DANIŞDI - FOTO

Tarix: 24 Fevral 2024 13:15

Bir müddət öncə sosial şəbəkələrdə meyxanaçı Balaəlinin məclisə iki mühafizəçinin müşaiyəti ilə gəlməsi görüntüləri yayılıb. Bu, əməlli-başlı müzakirələrə səbəb olub. Hətta daima toy məclislərində, xalqın içində olan Balaəlinin birdən-birə niyə belə etdiyini düşünənlər də var idi.

Milli.Az lent.az-a istinadən bildirir ki, şou-proqramlardan birində bu sualı cavablandıran meyxanaçı bildirib ki, onun mühafizəçiyə ehtiyacı yoxdur. 

"O mühafizəçiləri konsert təşkilatçıları təşkil etmişdilər. Məclisə gələn hər kəs arxasında iki mühafizəçi ilə gəlirdi. Mənim gülməyim tuturdu bu hala, elə gülə-gülə də gəlirdim.

Məclisə tək mən yox, hamı belə gəldi. Görünür, sadəcə ən populyar mən idim və bir arıq iki yekə kişi gülməli görünürdü deyə bu video çox izlənildi", - o bildirib.

Milli.Az


Etiketlər:  Balaəli konsertə mühafizəçi ilə gəlməyindən DANIŞDI FOTO


RƏYLƏR