Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əfsanəvi basketbolçunun ən kədərli imzası: Pula görə xəyalından əl çəkdi - FOTO

Əfsanəvi basketbolçunun ən kədərli imzası: Pula görə xəyalından əl çəkdi - FOTO

Tarix: 24 Fevral 2024 15:30

Bir çox basketbolçunun tərcümeyi-halını yazan məşhur yazıçı Roland Lazenbi, Kobe Brayantın ayaqqabı nəhəngi "Adidas" ilə müqavilə bağlamaq üçün xəyalının üstündən necə xətt çəkməsindən bəhs edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, o, Sonny Vakkaronun (sonradan "Adidas"a keçən "Nike" işçisi) xatirələrini buna əsas gətirib. Müəllifin sözlərinə görə həmin vaxt Kobenin xeyli pula ehtiyacı olub.

"Sonny Vakkaro mənim fikrimcə Kobe Bryantın həyatının ən kədərli anını xatırlayıb. Kobe Nyu-Yorkda italyan restoranında müqavilə imzalamaq üzrə idi. Ancaq sonra tərəddüdlə Sonni Vakkaroya baxdı: "Elə olarmı ki, mən buna qol çəkim ki, valideynlərim pul alsınlar, amma eyni zamanda mən basketbol kollecində oynayım?" Buna əlbəttə ki, cavab verilmədi, yəni yox deyildi. Müqaviləni imzaladı, valideynləri pulu aldılar. Sonradan bu, Kobe ilə valideynləri arasında böyük münaqişənin bir hissəsi oldu", - deyə Lazenbi bildirib.

Məsələ bursalında idi ki, Kobe NCAA-da (Milli Kollec Atletika Assosiasiyası) "Dyuk" komandası üçün oynamaq istəyirdi, amma idmançının ailəsi ehtiyac içində boğulurdu. Nəticədə ailə pulu aldı, Brayant isə arzusunun üstündən xətt çəkməli oldu - heç vaxt kollec komandasında oynamadı, birbaşa NBA-ya keçdi.

Xatırladaq ki, məşhur basketbolçu, beşqat NBA çempionu Kobe Brayant qızı Cinna-Mariya ilə birlikdə 2020-ci il yanvarın 26-da Kaliforniyanın Kalabasas şəhərində helikopter qəzasında həyatını itirib.

Milli.Az


Etiketlər:  Əfsanəvi basketbolçunun ən kədərli imzası Pula görə xəyalından əl çəkdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ