Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Luka Modriç Mahirin komanda yoldaşı ola bilər

Luka Modriç Mahirin komanda yoldaşı ola bilər

Tarix: 24 Fevral 2024 15:58

Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi Xorvatiyanın "Dinamo"su Luka Modriçi heyətinə qatmaq niyyətindədir.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, klub prezidenti Mirko Barişiç "Real"ın yarımmüdafiəçisi ilə şəxsən əlaqə saxlayıb.

Xorvatiya mətbuatının yazdığına görə, 38 yaşlı futbolçu hələ ki, bu keçidə razılıq verməyib.

Daha əvvəl yayılan xəbərlərdə "kral klubu"nun Luka ilə müqaviləni uzatmayacağı deyilirdi.

Qeyd edək ki, "Dinamo" Luka Modriçin ilk komandasıdır. O, zaqreblilərin heyətində 2002-ci ildə 2008-ci ilə qədər top qovub.

Milli.Az


Etiketlər:  Luka Modriç Mahirin komanda yoldaşı ola bilər


RƏYLƏR