Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2024 16:00
"Kliniki ölümlər keçirmişəm, qəzalara çox düşmüşəm. Qəzalardan biri elektrik cərayanından oldu, əzraili gördüm".
Sonxeber.net bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Yusif Mustafayev deyib.
O, başına gələn hadisələrdən söz salıb:
"O vaxt baxıcı deyib ki, bu uşağın gələcəyi parlaq olacaq. Amma həyatında iki, üç dəfə qaranlıq bir an olacaq. Əgər o anlardan çıxsa, buna "zaval" olmayacaq (qorxu olmayacaq - red.). Şükür, mən də o anları keçirdim, yaşayıram".