Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Alimlər müalicəsi olmayan bu böyrək xəstəliyinə çarə tapdı

Alimlər müalicəsi olmayan bu böyrək xəstəliyinə çarə tapdı

Tarix: 24 Fevral 2024 19:30

Alimlər müəyyən ediblər ki, böyrək çapıqları olan insanlarda "SOX9" zülalının funksiyası pozulur.

Milli.Az publika.az-a istinadən bildirir ki, böyrəklər tez-tez diabet, hipertoniya, infeksiyalar, antibiotiklərin və ya qeyri-steroid iltihabəleyhinə ağrıkəsici dərmanların istifadəsi nəticəsində zədələnirlər.

Bioloqlar laboratoriya siçanlarında böyrək zədələnməsini araşdırıblar. Aşkar ediblər ki, zədələnmiş hüceyrələr özlərini bərpa etmək üçün SOX9 zülalını aktivləşdirir, sonra isə deaktiv edirlər. Bununla belə, bərpa oluna bilməyən hüceyrələrdə SOX9 aktiv olaraq qalır. Bu, böyrək toxumasının çapıq toxuması ilə əvəzlənməsinə və qanı süzmək qabiliyyətinin azalmasına səbəb olur.

Alimlər SOX9-u deaktiv etməyin yolunu tapıblar və heyvanlar üzərində sınaqdan keçiriblər. Onların kəşfi hazırda müalicəsi olmayan böyrək çapıqlarının sağaldılmasına səbəb ola bilər.

Tədqiqat "Science" jurnalında dərc olunub.

Milli.Az


Etiketlər:  Alimlər müalicəsi olmayan bu böyrək xəstəliyinə çarə tapdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ