Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu da gecənin qalibləri - FOTOlar

Bu da gecənin qalibləri - FOTOlar

Tarix: 25 Fevral 2024 08:05

Parisdə 49-cu "Sezar" mükafatlarının təqdimetmə mərasimi keçirilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ötən ilin ən yaxşı kino xadimlərinin mükafatlandırıldığı tədbirə bir çox məşhur qatılıb.

Qonaqlar arasında Dayan Kryuqer, Marion Kotiyar, Jülyet Binoş və başqaları olub.

Əsas mükafatın qalibi, gözlənildiyi kimi, "Anatomy of a Fall" filmi olub. Ekran işi Fransa Kino Akademiyası tərəfindən 2023-cü ilin ən yaxşı filmi seçilib. Ümumilikdə film altı mükafat qazanıb. Castin Triye "Sezar" tarixində rejissorluq üzrə mükafat alan ikinci qadın olub. Ondan əvvəl yalnız Toni Marşal 2000-ci ildə "Gözəllik Salonu - "Venera" filminə görə bu mükafata layiq görülüb.

Əsas kateqoriyalar üzrə qaliblərin siyahısı isə belədir:

"Ən yaxşı film" - "Anatomy of a Fall"
"Ən yaxşı rejissor" - Castin Triye ("Anatomy of a Fall")
"Ən yaxşı aktrisa" - Sandra Hüller ("Anatomy of a Fall")
"Ən yaxşı aktyor" - Arye Vortkhalter ("The Goldman Affair")
"Ən yaxşı ikinci plan aktrisası" - Adel Ekzarkopulos ("I Will Always Remember Your Faces")
"Ən yaxşı ikinci plan aktyoru" - Svann Arlo ("Anatomy of a Fall")
"Ən yaxşı orijinal ssenari" - Castin Triye, Artur Harari ("Anatomy of a Fall")
"Ən yaxşı xarici film" - "Sevginin təbiəti"
"Fəxri Sezar" - Kristofer Nolan

Milli.Az


Etiketlər:  Bu da gecənin qalibləri FOTOlar


RƏYLƏR