Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya və ukraynalılar üçün sərt qərar: Martın 7-dək...

Rusiya və ukraynalılar üçün sərt qərar: Martın 7-dək...

Tarix: 25 Fevral 2024 18:24

Şri-Lanka hakimiyyəti Rusiya və Ukrayna vətəndaşlarına uzunmüddətli turist vizalarının müddətini uzatmamaq qərarına gəlib.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə Şri-Lankanın Miqrasiya Xidmətinin baş komissarı Harşa İlukpitiya AFP-yə müsahibəsində bildirib.

İlukpitiyanın sözlərinə görə, hökumət bundan sonra viza müddətini uzatmayacaq. Rəsmi əlavə edib ki, "uçuşlarla bağlı vəziyyət normallaşıb" və buna görə də "evə qayıtmaqda heç bir problem yoxdur".

O vurğulayıb ki, belə vizası olan şəxslər martın 7-dək Şri-Lankanı tərk etməlidirlər.


Etiketlər:  Rusiya ukraynalılar üçün sərt qərar Martın dək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ