Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Liverpul" 10-cu dəfə İngiltərə Liqa kubokunu qazandı

Tarix: 26 Fevral 2024 06:56

İngiltərə Liqa kubokunda final oyunu keçirilib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, həlledici matçda "Çelsi" və "Liverpul" üz-üzə gəlib.

Görüşün əsas vaxtı 0:0 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. 118-ci dəqiqədə qol vuran Mersisayd təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.

Beləliklə, Yurgen Kloppun baş məşqçisi olduğu komanda tarixində 10-cu dəfə İngiltərə Liqa Kubokunu qazanıb. "Liverpul" kuboku sonuncu dəfə 2022-ci ildə qazanmışdı.

Milli.Az


Etiketlər:  Liverpul 10 cu dəfə İngiltərə Liqa kubokunu qazandı


RƏYLƏR