Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2024 10:00
"Keçmiş həyat yoldaşım Ulduz xanımı çox gözəl başa düşürəm. O da mənim kimi iki övladını itirib. Mən nə dərd çəkirəmsə, o da bir ana kimi o dərdi çəkir. Biri var ki, bir övlad itirirsən valideynin beli sınır. İki övlad itirəndə isə valideynin beli iki dəfə sınır".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Rəhman Rəhmanov "Elgizlə izlə" verilişində deyib. Aktyor keçmiş həyat yoldaşı Ulduz Əhmədovanın "Oğlumun ölümünü instaqramda gördüm" sözlərinə cavab verib.
R.Rəhmanov ayrılmalarından bəhs edib:
"Keçmiş həyat yoldaşım Ulduz xanımı boşamamışam. O, özü məndən boşanıb. Məhkəmə ilə boşananda aylarla çəkir. Yəni Ulduz məni məhkəməyə verdi, boşadı. Bilmirəm niyə Ulduz məndən boşandı. O, özü belə istədi.
Ulduz günlərin bir günü Kubinkada olan 7 otaqlı evimdən məni qovdu. Lakin o ərəfələrdə gedib orada uşaqlarımla görüşürdüm, maddi yardım edirdim. Bu qadın əgər məhkəmə yolu ilə boşanırsa və məni öz evimdən qovursa, özümə belə bir öhdəçilik götürdüm. Dedim ki, qarşıma subay bir qadın çıxsa, onunla da evlənəcəyəm. Elə də oldu.
İkinci evlilikdə bəxtim gətirdi. Artıq 30 ildir ki, evliyəm. Çox xoşbəxtəm ki, övladlarıma baxılmasında, onlara analıq etməsində də ikinci həyat yoldaşım, yəni Gülü xanımın zəhməti və əziyyəti var".
Qeyd edək ki, Emil Rəhmanoğlu ötən ilin sentyabrın 19-da 44 yaşında xəstəxanada dünyasını dəyişib.