Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2024 11:52
Dünyanın ən yaxşı baş məşqçilərinin fevral reytinqi açıqlanıb.
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, son 4 ilin nəticələrinə əsasən, tərtib olunan cədvəldə planetin 500 ən güclü mütəxəssisi yer alıb.
Cədvəldəki yeganə azərbaycanlı məşqçi Qurban Qurbanovdur. "Qarabağ"ın baş məşqçisi 1670 xalla dünyada 139-cudur.
Ötən ay 1594 xalla dünyanın 195-cisi olan Qurbanov böyük sıçrayışa nail imza atıb. "Qarabağ"ın Avropa Liqasında 1/8 finala yüksəlməsi sayəsində 52 yaşlı mütəxəssis 76 xal qazanmaqla 56 pillə irəliləyib.
"Qarabağ"ın baş məşqçisi 1/8 finaldakı rəqib, Bundesliqanın lideri "Bayer"in çalışdırıcısı Xabi Alonsonu da keçib. İspaniyalı 1636 xalla 179-cu sırada qərarlaşıb.
Qurbanovun geridə qoyduğu məşqçilər arasında Okan Buruk, Şenol Günəş, Domeniko Tedesko, Miçel, Frenk Lempard, Fernando Santos, Qrem Potter, Kosmin Kontra, Daniel Farke, Mark van Bommel, Slaven Biliç kimi tanınmış simalar da var.
Qurbanov həm də artıq Azərbaycan Premyer Liqasının ən reytinqli məşqçisi olub. O, ötən ay geri qaldığı Miodraq Bojoviçi də keçib.
"Neftçi"nin baş məşqçisi 1616 xalla 195-cidir. Son bir ayda 14 xal itirən monteneqrolu mütəxəssis 35 pillə geriləyib.
Qeyd edək ki, cədvələ 2222 xala malik "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola başçılıq edir. İkinci yerdə "Liverpul"un baş məşqçisi Yurgen Kloppdur - 2090. "Aston Villa"nın baş məşqçisi Unai Emeri 2085 xalla üçüncüdür.