Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsrail Baalbekə zərbə endirdi

İsrail Baalbekə zərbə endirdi

Tarix: 26 Fevral 2024 15:40

İsrail Qəzza müharibəsinin başlamasından sonra ilk dəfə Livanın Baalbek şəhərinə zərbə endirib.

Milli.Az APA-ya istinadən bildirir ki, Livanın təhlükəsizlik mənbələri faktı təsdiqləyib. Məlumata görə, Livanın şərqində yerləşən Baalbek şəhərinə İsrail tərəfindən eyni vaxtda azı iki zərbə endirilib.

Zərbələrlə bağlı İsrail ordusu da məlumat yayıb. Məlumatda Livanın dərinliklərindəki Hizbullah hədəflərinin vurulduğu bildirilib. Hizbullah hələlik məsələyə münasibət bildirməyib.

Milli.Az


Etiketlər:  İsrail Baalbekə zərbə endirdi


RƏYLƏR