Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2024 13:20
Rusiyanın Volqoqrad şəhərində məsciddə Qurani- Kərimi yandırmaqda ittiham edilən Nikita Juravelə hökm oxunub.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Qroznı şəhərinin Visaitovski Rayon Məhkəməsinin qərarı ilə o, 3,5 il müddətinə azadlıqdan məhrum edilib.
N. Juravel cəzasını ümumi rejimli koloniyada çəkəcək.
Xatırladaq ki, o, 2023-cü ilin mayında məscidin fonunda Quranı yandırdığına görə saxlanılmışdı. Dindirilmə zamanı bunu Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə pula görə törətdiyini iddia etmişdi.