Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Stilist Anar 38 il sonra Mehriban Xanlarovanın imicini DƏYİŞDİ - VİDEO

Stilist Anar 38 il sonra Mehriban Xanlarovanın imicini DƏYİŞDİ - VİDEO

Tarix: 27 Fevral 2024 15:00

Stilist Anar Ağakişiyevin "Dəyişən cavab" layihəsinin növbəti qonağı Əməkdar artist Mehriban Xanlarova olub.

Milli.Az olay-a istinadən bildirir ki, Anar hələ yayımlanmamış bölümün çəkilişindən videonu instaqramda paylaşıb. 

O, Xanlarovanın saçını tamam fərqli tərzdə kəsərək onu dəyişib. Ağakişiyev həmçinin aktrisanın geyim tərzində də dəyişiklik edib. Bununla bağlı M. Xanlarova özü instaqramında yazıb:

"38 ildən sonra saç stilimdə dəyişiklik elədim. 1986-cı ildə "Bircəciyim" filmində canlandırdığım "sarıköynək" oldum. Bu dəyişiklik üçün başda əziz dostum Anar Ağakişiyev olmaqla, onun bütün kollektivinə sonsuz minnətdarlığımı bildirirəm. "Xəzər" TV kanalında yayımlanan "Dəyişən Cavab" verilişini izləməyi unutmayın".

Milli.Az


Etiketlər:  Stilist Anar 38 il sonra Mehriban Xanlarovanın imicini DƏYİŞDİ VİDEO


RƏYLƏR