Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2024 07:30
Ukraynada münaqişənin qalibi məsələsi həllolunmazdır.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, bu sözləri Macarıstan Baş naziri Viktor Orban Vişeqrad qrupu ölkələrinin baş nazirlərinin görüşündən sonra deyib.
"Macarlar görür ki, Rusiya Ukraynaya qalib gələ bilməyəcək. Lakin həm də Qərbin dəstəklədiyi Ukrayna da Rusiyaya qalib gələ bilməyəcək. Belə situasiyada insanların həyatını xilas etmək və tez bir zamanda sülh danışıqları aparmaq labüddür", - deyə Orban bildirib.