Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur bloqer Aleyna Dalveren saxlanıldı - VİDEO - FOTO

Məşhur bloqer Aleyna Dalveren saxlanıldı -  VİDEO - FOTO

Tarix: 28 Fevral 2024 09:40

Türkiyənin İstanbul şəhərində bloqer Aleyna Dalverenin dəbdəbəli maşının üstündə rəqs edərək pul səpdiyi və cibindən silah çıxardığı videosu sosial şəbəkələrdə gündəm olduqdan sonra o saxlanılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, İstanbul Polis İdarəsinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin qrupları məsələ ilə bağlı araşdırmalara başlayıblar.

Araşdırmalar zamanı Aleyna Dalverenin yaşadığı ünvanda əməliyyat təşkil edilib. Ünvanda aparılan axtarışlar zamanı saxta olduğu ehtimal edilən 1 200 dollar, 250 avro, 50 manat, 50 qriven, pul sayan aparat, saxta mühafizə maşınına giriş kartı, qandal, saxta hesab edilən iki qeydiyyat nişanı və iki rəqəmsal material aşkar edilib.

Nəzarətə alınan Dalveren haqqında aparılan araşdırmada şübhəlinin Dilan Polat və digər bloqerlərlə sıx əlaqədə olduğu müəyyən edilib. Dalverenə dair araşdırma davam edir.

Milli.Az


Etiketlər:  Məşhur bloqer Aleyna Dalveren saxlanıldı VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ