Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağamirzə efirdə aktyor Fəqana ƏSƏBİLƏŞDİ: “Öz işinlə məşğul ol”

Ağamirzə efirdə aktyor Fəqana ƏSƏBİLƏŞDİ: “Öz işinlə məşğul ol”

Tarix: 28 Fevral 2024 18:35

Meyxanaçı Ağamirzə Məmmədovla aktyor və parodiyaçı Fəqan Məmmədov arasında efirdə qalmaqal yaşanıb. 

Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, hadisə tərəflərin qonaq olduğu "Rəngarəng səhər" verilişində yaşanıb. 

Belə ki, proqramda Fəqanın mahnı oxuduqdan sonra anidən meyxana deyib daha sonra mikrofonu Ağamirzəyə uzatması söz xiridarını əsəbiləşdirib. Məmmədov əl jesti ilə musiqini saxlayaraq, Fəqanın bu hərəkətinə acıqlanıb: 

"Sən belə etmə... Sən qafiyə tutursan? Biz haradan deyək? Biz filan qafiyəni deyəcəkdik. Sən niyə müdaxilə edirsən? Nə isə... Əgər bədahətən duet oxumaq istəyirsənsə, dur ayağa edək". 

Fəqan isə "Nə fərqi var ki? Qəfildən gəldi, bədahətən meyxana dedim. Ağa, burada nə var ki? Məndə arada belə olur. Bədahətən təb gəlib, meyxana da deyirəm. Mən dedim ki, meyxana oxuyum, dəstək olum sizə" sözlərini dilə gətirib. 

Aktyorun bu ifadəsi meyxanaçını lap özündən çıxarıb. Ağamirzə "Mənə yalnız Allah dəstək ola bilər. Çatan meyxanaya müdaxilə edir. Belə olmaz axı.

Hərəsi əlində bir dənə mikrofon tutub deyir ki, meyxana niyə belə olub? Gedin, öz işinizlə məşğul olun. Mən başqa qafiyəyə yönəldirəm, yanımda əyləşən meyxanaçı Elşən də Fəqanın dediyini deyir" sözləri ilə məsələyə nöqtə qoyub. 


Etiketlər:  Ağamirzə efirdə aktyor Fəqana ƏSƏBİLƏŞDİ işinlə məşğul


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ