Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zaur Mehribanı məsxərəyə qoydu? “Elə bildim parikdir”

Zaur Mehribanı məsxərəyə qoydu? “Elə bildim parikdir”

Tarix: 28 Fevral 2024 19:40

Teleaparıcı Zaur Baxşəliyev və Əməkdar artist Mehriban Xanlarova arasında maraqlı dialoq yaşanıb.

Milli.Az bakıvaxtı.az-a istinadən xəbər verir ki, yeni imicində "Bizimləsən" verilişinə qatılan aktrisa Zaurun diqqətini çəkib.

Teleaparıcı Xanlarovanın yeni saç düzümünü tərif atəşinə tutub:

"Sən saçlarını kəsdirmisən? Mən elə bilirəm "parik"dir. Yaraşıb amma. Çox qəşəng dəyişib".

Onun bu sözlərinə Əməkdar artist belə cavab verib:

"Anar Ağakişiyev kəsib. Mənə "8 mart" hədiyyəsi edib. Ona və komandasına təşəkkür edirəm".

Qeyd edək ki, Mehriban Xanlarovanın yeni imicinin müəllifi Anar Ağakişiyevdir. O, "Dəyişən cavab" verilişində sənətçinin saçlarını kəsərək, imicini dəyişib.

Milli.Az


Etiketlər:  Zaur Mehribanı məsxərəyə qoydu Elə bildim parikdir


RƏYLƏR