Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2024 21:30
Son onilliklərdə Yaponiya hökuməti aviasiya uçuşlarından yaranan səs-küyə görə təzminat kimi Amerika hərbi bazalarının yaxınlığında yaşayan insanlara təxminən 70,4 milyard yen (təxminən 467,4 milyon dollar) ödəyib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, Yaponiya Nazirlər Kabinetinin açıqlamasında bildirilib.
"Mainichi" qəzeti isə Tokionun müvafiq müraciətlərinə baxmayaraq, ABŞ-ın heç bir ödəniş etmədiyini yazıb.
Qeyd edək ki, Amerikanın beş bazasına yaxın ərazilərin sakinləri tərəfindən müxtəlif vaxtlarda çoxsaylı iddialar qaldırılıb.