Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Apple" öz elektromobil layihəsini ləğv etdi

Tarix: 28 Fevral 2024 21:44

Uzun illər ərzində Apple şirkətinin öz elektromobili üzərində çalışdığı barəsində məlumatlar ortaya çıxırdı. Güman etmək olar ki, bütün bu illər ərzində şirkət sözügedən layihəsinə milyardlarla dollar vəsait sərf edib. Lakin görünür, bütün bunlar əbəs yerə imiş. Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Apple öz elektromobilini 2028-ci ildə təqdim edə bilər. Lakin Bloomberg saytının vermiş olduğu məlumata əsasən şirkət nəticə etibarilə elektromobil layihəsindən imtina edib və müvafiq olaraq bu layihəni bağlayıb.

Məlumata əsasən şirkət öz elektromobil layihəsinin ləğv edildiyi barəsində məlumatı bu həftənin əvvəlində layihə üzərində çalışmış 2000 nəfər əməkdaşa bildirib. Bloomberg qeyd edib ki, elektromobil layihəsinin ləğv olunması qərarı icraçı direktor Jeff Williams və vitse-prezident Kevin Lynch tərəfindən qəbul edilib. Məlumata əsasən elektromobil layihəsi üzərində çalışmış şirkət əməkdaşlarının çox hissəsi şirkətin süni zəka şöbəsinə yönləndiriləcək. Həmin şöbədə onlar generativ süni zəka layihələri ilə məşğul olacaqlar. Elektromobil layihəsi komandasına daxil olmuş yüzlərlə mühəndis və dizayner şirkətin digər istiqamətləri üzrə olan şöbələrində çalışa bilərlər. Digərləri isə böyük ehtimal ilə işdən azad ediləcəklər.(technote)

Milli.Az


Etiketlər:  Apple öz elektromobil layihəsini ləğv etdi


RƏYLƏR