Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Fevral 2024 00:34
ABŞ-nin hərbi-sənaye kompleksi böyük dövlətlərin rəqabəti şəraitində silah və sursat istehsalını sürətlə artırmağa hazır deyildi.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu qiymətləndirməni Vaşinqtonda Hudson İnstitutunda keçirilən seminarda ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin maddi-texniki təchizat üzrə direktoru, general-leytenant Leonard Kosinski deyib.
Onun sözlərinə görə, Ukrayna böhranı kontekstində Rusiya iqtisadiyyatını "müharibə vəziyyətinə" salıb. "Amma biz yox. Biz kollektiv şəkildə, - mən Avropa və ABŞ-ni nəzərdə tuturam - o cümlədən müttəfiqlərimiz və tərəfdaşlarımız mövqelərini bərpa etməyə çalışırlar", - Kosinski bildirib.
"Düşünürəm ki, ən ciddi problem, hətta vasitələrimiz olsa belə, istehsalı artırmaq və lazımi miqdarda silah və sursat istehsal etmək imkanı əldə etməkdir. Ümid edirəm, buna nail olacağıq", - general deyib.
Onun fikrincə, ABŞ-nin hərbi-sənaye kompleksinin zəifləməsinə ölkənin "son iki onillikdə" "fərqli xarakterli münaqişəyə cəlb edildiyi" qərarlar səbəb olub.
General qeyd edib ki, bu günə qədər ABŞ hərbi-sənaye kompleksi "böyük güclər arasında bərabər şərtlərdə şiddətli rəqabətə hazır deyil.