Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Fevral 2024 11:40
"Bacımı vaxtsız itirməsəydim, belə tez "düşməzdim" (Görünüşünün pisə doğru getməsini nəzərdə tutur - red.). Atamın, bacımın itkisi... Onları itirməsəydim, daha qəşəng olardım".
Sonxeber.net bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Aynur Dadaşova "Rəngarəng səhər" verilişində deyib.
O, valideyinlərinin itkisindən danışaraq göz yaşları töküb:
"Gülürük, danışırıq, amma o kədər bizimlə hər yerdə var. Hər cümə günü atamı və bacımı ziyarətə gedirəm. Getməsəm, elə bilirəm vicdanım rahat deyil... Atam üçün çox darıxıram. Qədərsiz darıxmaq gəlir mənə. Hər zaman məni fikirləşirdi o. Çox darıxıram, çox... (kövrəlir). Mamam da xəstədir(ağlayır)".