Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkan Vəlizadə: “Xanımlığına hörmət et, özünü yığışdır” – VİDEO

Türkan Vəlizadə: “Xanımlığına hörmət et, özünü yığışdır” – VİDEO

Tarix: 29 Fevral 2024 12:50

"Bax, sənə buradan deyirəm, sən kimsən? İnsan insan olmalıdır. Mən tərbiyəliyəm deyib, yekə-yekə məqalələr yazırsınız... Özünüzü yığışdırın!" 

Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Türkan Vəlizadə qonaq olduğu "Xəbərin var?" maqazin verilişində deyib. 

Sənətçi ad çəkmədən onun haqda sosial şəbəkədə xoşagəlməz statuslar və postlar paylaşan həmcinsinə sərt şəkildə xəbərdarlıq ünvanlayıb: 

"Tərbiyəli xanım, tərbiyəli qadın özünə tərbiyəli deyirsə və o tərbiyənin sonunda saytlara, "Instagram" sosial şəbəkə səhifəsində yazdığı məqalələrdə xoşagəlməz sözlər işlədirsə... İnsanlar girib oxuyub görürlər ki, bu xanımdan iyrənclik yaranır. Onlar "bu xanım belə sözlər istifadə edə bilər" deyirlər. Amma bu gün tərbiyədən danışırlar. Kimliyindən aslı olmayaraq heç kimin şəxsiyyətinə toxunmaq olmaz. Əgər kimsə mənim şəxsiyyətimə toxunacaq nələrsə danışsa, susmayacağam. Bu, bir xəbərdarlıqdır. Mənim üçün onun kimliyinin fərqi də yoxdur. İnsan insan olmalıdır. Xanımlığınıza hörmət edin. Sakitcə öz yerinizdə qalın. Dünənə kimi dedim ki, hörmət edirəm.

O qadının yazdığı məqaləsini mənə göndərdilər. Oxudum... Mən oxuyub dedim ki, bu nə mundarlıqdır. Əlbəttə mənə yazıb. Bir neçə gün əvvəl mən stilist Anar Ağakişiyevə müsahibə verdim. Ondan çıxarışlar edib, haqqımda xoşagəlməz sözlər yazıb. Bu xanım dincəlmir. Özünə gəl! Şəxsiyyətə toxunan bir şey olsa... İndiyə kimi şəxsiyyətimi və şəxsi həyatımı qoruyan insan olmuşam. Mən şəxsi həyatla gündəmə gələn insan olmamışam. Ona görə xahiş edirəm, sərhədinizi saxlayın". 


Etiketlər:  Türkan Vəlizadə Xanımlığına hörmət özünü yığışdır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ