Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Makronla Şolts arasında fikir ayrılığı düşmənçiliyə çevrilir

Makronla Şolts arasında fikir ayrılığı düşmənçiliyə çevrilir

Tarix: 29 Fevral 2024 13:32

Almaniya Kansleri Olaf Şoltsla Fransa Prezidenti Emmanuel Makron arasında Ukraynaya yardım göstərilməsi məsələsi ilə bağlı ciddi fikir ayrılıqları yaranıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Amerikanın "Politico" qəzeti yayıb. 

Qəzet yazır ki, Şolts və Makron arasında Ukraynaya hərbi yardımla bağlı fikir ayrılığı açıq düşmənçiliyə çevrilməyə başlayıb. 

Tərəflər əsas olaraq Ukraynaya silah göndərilməsi məsələsində ortaq məxrəcə gələ bilmirlər. Belə ki, Almaniya Ukraynaya "Taurus" raketlərini vermək istəmədiyi bir zamanda, Fransa ölkəyə özünün "SCALP" qanadlı raketlərini göndərmək istədiyini açıqlayıb. 

Şolts və Makron arasında fikir ayrılığına səbəb olan məsələlərdən biri də Rusiya ilə sərhədə ölkə qoşunlarının göndərilməsidir. Almaniya Kansleri dəfələrlə bildirib ki, NATO Ukraynada münaqişə tərəfi olmayacaq, alman hərbçilər isə ölkəyə göndərilməyəcək. Fransa lideri isə Qərb ölkələrinin əsgərlərinin Ukraynaya göndərilmə ehtimalını istisna etməyib.

Milli.Az


Etiketlər:  Makronla Şolts arasında fikir ayrılığı düşmənçiliyə çevrilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ