Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Fevral 2024 16:26
Bu gün səhər saatlarında İsrail qüvvələri Qəzzada humanitar yardım gözləyən fələstinlilərin olduğu izdihama zərbə endirib, ən azı 100 nəfər həlak olub.
Sonxeber.net Türkiyə mətbuatına istinadla bildirir ki, İsrail ordusu Qəzza şəhərinin Rəşid küçəsindəki Nabulsi kəsişməsində ərzaq yardımı üçün toplaşan mülki fələstinlilərə hücum edib.
Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada ölənlərin sayının 104-ə, yaralıların sayının isə 760-a yüksəldiyi bildirilib.
İsrail ordusunun sözçüsü isə bildirib ki, ordunun həmin məkana hər hansı zərbə endirməsi və atəşə tutması barədə məlumat yoxdur.
Nərmin