Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kodlaşdırmanı öyrənmək artıq lazımsızdır? - Mütəxəssis RƏYLƏRİ

Kodlaşdırmanı öyrənmək artıq lazımsızdır? - Mütəxəssis RƏYLƏRİ

Tarix: 3 Mart 2024 03:04

Dünyanın ən dəyərli texnologiya şirkətlərindən birinin qurucusu amerikalı Jensen Huang süni intellektin əsasını təşkil edən kodlaşdırmanı artıq süni intellektin edəcəyini bildirib və kodlaşdırmanı öyrənməyi dayandırdığını qeyd edib.

Bəs kodlaşdırmanı öyrənmək artıq lazım deyil?

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, bu barədə "NTV" saytı bir neçə kompüter mühəndisinə sual ünvanlayıb.

Hacettepe Universiteti süni intellekt şöbəsinin müdiri, professor Suat Özdemir deyib ki, hər kəsin kodlaşdırma savadına ehtiyacı olacaq:

"Süni intellekt dediyimiz sistem bir çox təməl səviyyəli proqramlaşdırma fəaliyyətini həyata keçirə biləcək hala gəlib. Məqsədimiz proqramlaşdırma biliklərini öyrənməkdirsə, buna mütləq ehtiyacımız var. Çünki bu, bizə lazım olacaq".

Boğaziçi Universiteti kompüter mühəndisliyi şöbəsindən Tuna Tuğcu qeyd edib ki, əsl problem bu cür modellərdə yaradıcılığın olmamasıdır:

""Chat GPT" ilə dostluq edə bilərsinizmi? Sizcə, belə olsa, insanlara dost kimi ehtiyacınız qalmayacaq? Necə ki, "Chat GPT" bu məsələdə əsl insanın yerini tuta bilməz, eləcə də proqramlaşdırma sahəsində də vəziyyət eynidir".

Bahçeşehir Universiteti süni intellekt mühəndisliyi şöbə müdiri Fatih Kahraman insanların ən erkən yaşda kodlaşdırma təhsili ilə tanış olmasının tərəfdarıdır:

"Hazırda bizə bu prosesdə istifadəçi olacağımız deyilir. Lakin biz istifadəçi deyil, texnologiyanı istehsal edən tərəfdə olmaq istəyirik. Ona görə də kodlaşdırılma, dil texnologiyaları və süni intellekt üzrə bilikləri öyrənməyə çox erkən yaşlardan başlamalıyıq. Uşaqlar məlumatlardan nəsə istehsal edə bildiklərini görməlidirlər".

Milli.Az


Etiketlər:  Kodlaşdırmanı öyrənmək artıq lazımsızdır Mütəxəssis RƏYLƏRİ


RƏYLƏR