Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2024 19:06
Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Kuraxove şəhərini atəşə tutması nəticəsində 16 nəfər yaralanıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının (VHA) sədri Vadım Filaşkin teleqramda bildirib.
"Bu gün nahar saatlarında Kuraxove atəşə tutulub - düşmən şəhərin düz mərkəzini vurub, azı 15 çoxmərtəbəli binaya tuş gəlib. İlkin məlumata görə, rusiyalılar idarəolunan aviabomba istifadə ediblər", - VHA-nın başçısı qeyd edib.
Onun sözlərinə görə, yaralılardan ikisinin vəziyyəti ağırdır. Filaşkin vurğulayıb ki, yaralıların hamısı xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, Ukraynanın Donetsk vilayətinin böyük qismi 2014-cü ildən rusiyayönümlü separatçıların, 2022-ci ilin fevralından isə rəsmi şəkildə Rusiya Silahlı Qüvvələrinin nəzarəti altındadır. 2022-ci ilin fevralında genişmiqyaslı hərbi müdaxiləyə baxmayaraq, Moskva regionu tam işğal edə bilməyib.