Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda faciəvi şəkildə ölən gənc çempion imiş

Bakıda faciəvi şəkildə ölən gənc çempion imiş

Tarix: 4 Mart 2024 13:26

Xəbər verdiyimiz kimi, martın 1-də metronun "Koroğlu" stansiyasının qarşısında Bakı Bus MMC-yə məxsus avtobus gənc oğlanı vuraraq öldürüb.

Milli.az Publika.az-a istinadən xəbər verir ki, dünyasını dəyişən 26 yaşlı Oruc İbrahim oğlu İbrahimov peşəkar idmançı imiş.

O, bir neçə il əvvəl Memarlıq və İnşaat Universitetində təhsil alarkən Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin keçirdikləri universiadada bütün rəqiblərini məğlub edərək çempion olub.

Təhsilini başa vurduqdan sonra işləməyə başlayan O.İbrahimov həm də idmançı kimi fəaliyyətinə davam edirmiş.

Qeyd edək ki, ailəli və bir uşaq atası olan Orucun nəşi təyyarə ilə Naxçıvana aparılıb və orada dəfn edilib.

Baş vermiş hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Milli.Az


Etiketlər:  Bakıda faciəvi şəkildə ölən gənc çempion imiş


RƏYLƏR