Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2024 14:06
Rusiya Prezidenti Vladimir Putin hələlik Ermənistanın Baş naziri Nikol Paşinyanla əlaqə saxlamağı planlaşdırmır.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
"Putinin planlarında Ermənistanın Baş naziri Nikol Paşinyanla təmas saxlamaq hələlik yoxdur", - deyə Kremlin sözçüsü vurğulayıb.
Peskovun sözlərinə görə, Putin və Paşinyan arasında təmas qrafikdə yoxdur, lakin lazım olduğu təqdirdə təşkil oluna bilər.