Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Evdə köməksiz qalan azyaşlı belə xilas edildi - VİDEO

Evdə köməksiz qalan azyaşlı belə xilas edildi - VİDEO

Tarix: 4 Mart 2024 15:28

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Nazirlikdən Milli.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən həftəsonu 98 yanğına çıxış və 16 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən şənbə və bazar günləri ərzində 6-sı azyaşlı olmaqla 21 nəfər xilas edilib, 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Milli.Az


Etiketlər:  Evdə köməksiz qalan azyaşlı belə xilas edildi VİDEO


RƏYLƏR