Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Göyərtəsində 550 sərnişin olan təyyarəni ildırım vurdu

Göyərtəsində 550 sərnişin olan təyyarəni ildırım vurdu

Tarix: 6 Mart 2024 07:14

Kanadada göyərtəsində 550 sərnişin olan təyyarəni ildırım vurub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "CityNews" məlumat yayıb.

Belə ki, Vankuver Beynəlxalq Hava Limanından havaya qalxdıqdan qısa müddət sonra təyyarəni ildırım vurub.

Qeyd olunub ki, hadisə ötən həftə sonu baş verib. "Air Canada" şirkətinə məxsus "Boeing 777-300" təyyarə Londona uçurmuş. Baş verənlərə baxmayaraq, pilotlar uçuşu davam etdiriblər.

Pilotun sözlərinə görə, təyyarədə quraşdırılmış xüsusi ildırım söndürmə sistemi sayəsində faciənin qarşısı alınıb.

Milli.Az


Etiketlər:  Göyərtəsində 550 sərnişin olan təyyarəni ildırım vurdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ