Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qrossi Soçiyə gəldi, Balitski görüşdən imtina etdi

Qrossi Soçiyə gəldi, Balitski görüşdən imtina etdi

Tarix: 6 Mart 2024 07:26

MAQATE-nin baş direktoru Rafael Qrossi ötən gün axşam saatlarında Soçiyə gəlib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı nümayəndəsi Mixail Ulyanov bildirib ki, Qrossi martın 5-də Soçiyə uçacaq və onun Zaporojye AES-ə dair Rusiya nümayəndə heyəti ilə görüşü planlaşdırılır.

Rusiya tərəfindən Zaporojye vilayətinin qubernatoru vəzifəsini icra edən Yevgeni Balitski isə Soçidə MAQATE-nin baş direktoru Rafael Qrossi ilə görüşmək niyyətində olmadığını bildirib.

Milli.Az


Etiketlər:  Qrossi Soçiyə gəldi Balitski görüşdən imtina etdi


RƏYLƏR