Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Mart 2024 15:40
Milli Basketbol Assosiasiyasında (NBA) "Hyuston Rokets"in "San-Antonio Spörs"ü 114-101 hesabı ilə məğlub etdiyi matçda türkiyəli basketbolçu Alperen Şengün rekord qırıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, 21 yaşlı Alperen Şengün bir oyunda ən çox xal toplayan türk basketbolçu kimi tarixə düşüb. Bundan əvvəl Mehmet Okur bir görüşdə 43, Hidayət Türkoğlu isə 39 xal toplamışdı.
"Rokets"lə çıxdığı görüşdə 45 xal qazanan türkiyəli basketbolçu karyera rekordunu yeniləyərək komandasına cari mövsümdə 27-ci qələbəsini qazandırıb.