Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniyada maşinistlər tətilə başladılar

Almaniyada maşinistlər tətilə başladılar

Tarix: 7 Mart 2024 13:42

Almaniya Maşinistləri Həmkarlar İttifaqı ölkənin əsas dəmir yolu operatoru olan "Deutsche Bahn" nümayəndələri ilə uğursuz danışıqlardan sonra növbəti tətil elan edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Qeyd edilib ki, tətil martın 7-də yerli vaxtla saat 02:00-da başlayıb və fevralın 8-i saat 13:00-a qədər, yəni 35 saat davam edəcək. Martın 6-da axşam saatlarından etibarən yük daşımaları dayandırılıb.

Həmkarlar ittifaqı üzvləri iş vaxtının həftədə 38 saatdan 35 saata endirilməsi ilə yanaşı, maşinistlərin əməkhaqqlarının artırılmasını tələb edirlər.

Milli.Az


Etiketlər:  Almaniyada maşinistlər tətilə başladılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ