Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tərlan Əhmədov: “Almanlarda mərhəmət olmur”

Tərlan Əhmədov: “Almanlarda mərhəmət olmur”

Tarix: 7 Mart 2024 18:30

"Qarabağ"la "Bayer" bir-birini yaxşı tanıyır. Ancaq hər zaman sürprizlər olur".

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu Azərbaycan millisinin sabiq futbolçusu Tərlan Əhmədov deyib.

Təcrübəli mütəxəssis Avropa Liqasının 1/8 finalı çərçivəsində baş tutacaq "Qarabağ" - "Bayer" oyununa münasibət bildirib. O, Azərbaycan çempionunun rəqibini yaxşı incələdiyinə əminlik ifadə edib: "Hər halda bizi baxımlı və yaxşı oyun gözləyir. Bu mərhələyə çatan komandaların şansı eyni olur. Qrup mərhələsində bu rəqiblər qarşılaşsalar da, bu gün tam fərqli oyun izləyəcəyik. Hər 2 komanda ölkə çempionatının vahid lideridir. Təbii ki, Premyer Liqa ilə Bundesliya arasında yerlə-göy qədər fərq var. "Qarabağ"ın müdafiəsində ciddi boşluqlar var. Hər halda, bu amil matçda onlara çətinlik yaşadacaq. Ümumiyyətlə, səhvlər minimuma endirilməldiir. "Bayer"ə də qarşılaşma çox çətin keçəcək. Amma almanlarda mərhəmət və arxayınlıq olmur. Onlar rəqibin kimliyindən asılı olmayaraq, sona qədər mübarizə aparırlar".

Əhmədovun sözlərinə görə, əsasən "11-lik"də yer alan Elvin Cəfərquliyevlə Julio Romaonun oynamaması istər-istəməz Ağdam təmsilçisinin planını dəyişəcək: "Hamımız "Qarabağ" a dəstək olub, onlar üçün dua edəcəyik. Nəticədən asılı olmayaraq, Qurban Qurbanovun komandası artıq Azərbaycan futbolu üçün böyük bir uğur əldə edib. İstəyərdim ki, digər komandalarımız da avrokuboklarda oynasınlar. Ümid edirəm ki, "Qarabağ" bu oyundan da başıuca çıxacaq".

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ"- "Bayer" matçı saat 21:45-də start götürəcək.
 

Milli.Az


Etiketlər:  Tərlan Əhmədov Almanlarda mərhəmət olmur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ