Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Simonyan Soçidə Nikolu təhqir etdi, qalmaqal yarandı

Simonyan Soçidə Nikolu təhqir etdi, qalmaqal yarandı

Tarix: 8 Mart 2024 13:50

Rusiyanın Soçi şəhərində keçirilən Dünya Gənclər Forumu zamanı rusiyalı təbliğatçı Marqarita Simonyanın Ermənistan Baş naziri Nikol Paşinyan haqda təhqiramiz sözləri qalmaqala səbəb olub.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, erməni mediası Simonyanın Paşinyanı "xain" adlandırmasından sonra forumda iştirak edən erməni gənclərin əsəbiləşdiyini və etiraz əlaməti olaraq forum başa çatmamış Ermənistana qayıtdığını qeyd edib.

Qalmaqal isə belə başlayıb: M.Simonyan Ermənistanda rus sərhədçilərin Zvartnots hava limanından çıxarılması ilə bağlı səsləndirilən bəyanatlara və ümumiyyətlə, antirusiya əhval-ruhiyyəsi haqda danışıb. Forumda iştirak edən erməni qız isə "Belə bir vəziyyətdə erməni gənclər nə etməlidir" sualını verib.

"Ermənistan gəncləri bilməlidir ki, Paşinyan satqındır və Ermənistanı tam məhvə aparır. O, hakimiyyətdə qalmaqda və erməni cəmiyyəti də onu dəstəkləməkdə davam etsə, Qarabağ kimi, 5 il ərzində Ermənistan da ümumiyyətlə, mövcud olmayacaq..." - Simonyan deyib.

Qeyd edək ki, Ermənistan nümayəndə heyətinin tərkibinə gənclər və idman nazirinin müavini Artur Martirosyan, deputat, rus icmasının nümayəndəsi Aleksey Sandıkov və digər rəsmi şəxslər daxil imiş. Bildirilir ki, Marqarita Simonyanın bu təhqirlərindən sonra erməni parlamentinin sədri Alen Simonyan Sandıkovla əlaqə saxlayıb və onun geri qayıtmasını tələb edib. Sandıkov bununla bağlı mediaya açıqlamasında deyib: "Kimin zəng edib geri çağırmasının nə əhəmiyyəti var?"

Əlavə edək ki, forumda Ermənistanı 200-dən çox gənc təmsil edirmiş.

Xatırladaq ki, Marqarita Simonyan Ermənistan hakimiyyəti tərəfindən "arzulanmaz şəxs" elan edilib və Ermənistana səfər edə bilməz.


Etiketlər:  Simonyan Soçidə Nikolu təhqir etdi qalmaqal yarandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ