Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Latviya Rusiya vətəndaşlarını ölkədən çıxarır

Latviya Rusiya vətəndaşlarını ölkədən çıxarır

Tarix: 8 Mart 2024 17:24

Latviyada yaşamaq icazəsi olmayan Rusiya vətəndaşlarına ölkəni tərk etmək əmri verilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Latviyanın Miqrasiya İdarəsi məlumat yayıb.

Məlumata görə, bildiriş göndərilən 6 nəfərdən ikisi ölkəni tərk edib, qalanları isə 30 ərzində bunu edəcək.

Qeyd olunub ki, sözügedən addım Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinə cavab olaraq 2022-ci ilin payızında qəbul edilmiş ölkənin immiqrasiya qanunvericiliyində dəyişikliklərlə bağlıdır.

Mövcud qanunvericiliyə görə, hər bir rus Latviyada qanuni yaşamaq istəyirsə, daimi yaşamaq statusu üçün müraciət etməli və latış dilindən imtahan verməlidir.

Milli.Az


Etiketlər:  Latviya Rusiya vətəndaşlarını ölkədən çıxarır


RƏYLƏR